İdman

"Qarabağ"a keçmək istəməyən futbolçu karyerasını "Spartak"da davam etdiə bilər

16 Avqust 2018 13:24
1 Şərh     Baxış: 1 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşanın "Legiya" klubunun futbolçu Kristian Paskuato karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.

Milli.Az Report-a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçini qonşu ölkənin bir neçə komandası heyətinə cəlb etmək istəyir. İtaliyalı oyunçunun xidmətində "Ural","Yenisey" və "Krılya Sovetov" maraqlıdır.

Pastuato isə Mosvkada yaşamaq istədiyini bildirib. O, həmyerliyisi Massimo Karreranın rəhbərlik etdiyi "Spartak" komandasının formasını geyinmək niyyətində olduğunu bəyan edib.

Qeyd edək ki, Kristian Paskuato peşəkar karyerasına İtaliyanın "Yuventus" klubunda başlayıb. O, ötən ay "Qarabağ"a keçməkdən imtina edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.