İdman

Məğlubiyyət transfer siyasətimizi dəyişməyəcək - Lopeteqi

16 Avqust 2018 12:44
1 Şərh     Baxış: 1 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın baş məşqçisi Xulen Lopeteqi UEFA superkubokunda "Atletiko"ya 2:4 hesabı ilə məğlub olduqları matçdan sonra açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis məğlubiyyətin transfer siyasətlərini dəyişməyəcəyini bildirib. Lopeteqi media nümayəndələri ilə görüşdə bunları deyib:

"Oyunda səhvlərimiz oldu və "Atletiko" bunlardan yaxşı istifadə elədi. Oyunun qırılma anı önə keçdikdən sonra hesabın 2:2 olması idi. Riskli qərarlar aldıq, lakin bu, nəticə vermədi. Səhvlərimizdən dərs alıb, daha da inkişaf etməliyik. Rəqib dəyişikliklərdən düzgün istifadə etdi. Uzatma dəqiqələrində 2:3 hesabı ilə geriyə düşdükdən sonra oyunumuzu itirdik.

Biz artıq La Liqa haqqında düşünməliyik. Bu məğlubiyyət transfer siyasətimizi dəyişməyəcək. Səhvlərimizə yenidən baxıb, onlar üzərində işləyəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.