İdman

“Qarabağ”ın rəqibi müəyyənləşir - YENİLƏNİR

16 Avqust 2018 07:36
0 Şərh     Baxış: 2 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, keçiriləcək 36 qarşılaşma ilə pley-off mərhələsinə yüksələn komandalar bəlli olacaq.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE ilə mübarizədən məğlub ayrılaraq turnirlə vidalaşan "Qarabağ"ın da Avroliqanınn pley-off-undakı rəqibi müəyyənləşəcək. Ağdam təmsilçisi "Valür" (İslandiya) - "Şerif" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq. Moldovada keçirilən ilk görüşdə "Şerif" 1:0 hesablı qələbə qazanıb. Bu dəfə isə komandalar İslandiyada üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da oynanılacaq.

16 avqust

Avropa Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

23:00. "Valür" (İslandiya) - "Şerif" (Moldova)
İlk oyun - 0:1

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.