İdman

UEFA Superkubokunu "Atletiko" qazandı - YENİLƏNİB - VİDEO - FOTO

16 Avqust 2018 07:05
26 Şərh     Baxış: 3 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

EFA Superkuboku uğrunda Estoniyanın paytaxtı Tallində keçirilən "Real Madrid" - "Atletiko Madrid" görüşündə əsas və əlavə olunan vaxt başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, əlavə vaxtda 98-ci dəqiqədə Saul uzaqdan güclü zərbə endirərək "Atletiko"nu hesabda irəli çıxardı - 2:3.

Rəqibi əks-hücumda yaxalayan "Atletiko" 104-cü dəqiqədə Kokenin dəqiq zərbəsi nəticəsində üstünlüyünü iki qola çatdırdı - 2:4.

Beləliklə, "Atletiko Madrid" UEFA Superkubokunu qazandı.

15 avqust

UEFA Super Kuboku

23:00. "Real" (İspaniya) - "Atletiko" (İspaniya) - 2:4 
Qollar:
 Dieqo Kosta, 1 (0:1), Kərim Benzema, 27 (1:1), Serxio Ramos, 63-pen. (2:1), Dieqo Kosta, 79 (2:2), Saul, 98 (2:3), Koke, 103 (2:4)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Estoniya. Tallin Lilleküla stadionu

Videonu izləmək üçün şəklə klikləyin:

00:54

UEFA Superkuboku uğrunda Estoniyanın paytaxtı Tallində keçirilən "Real Madrid" - "Atletiko Madrid" görüşündə əsas vaxt başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ikinci taymda cərimə meydançasında Xunafran əl ilə oynadığına görə "Atletiko"nun qapısına penalti təyin olunub. Nöqtəyə yaxınlaşan kapitan Ramos penalti zərbəsini dəqiq yerinə yetirib - 2:1.

Lakin "Atletiko"nun hücumçusu Diyeqo Kostan 79-cu dəqiqədə ikinci qolunu vuraraq dubla imza atıb və hesabı bərabərləşdirib - 2:2.

Əsas vaxt heç-heçə bitib. Hər taymı 15 dəqiqə olmaqla əlavə vaxt oynanılacaq.

15.08.2018

22:30

Milli.Az Trend-ə istinadən bildirir ki, UEFA Superkuboku uğrunda Estoniyanın paytaxtı Tallində keçiriləcəkdə görüşdə "Real Madrid" və "Atletiko Madrid" komandalarının start heyətləri açıqlanıb.

Real Madrid: Navas, Karvaxal, Ramos, Varan, Marselo, Kroos, Kazemiro, İsko, Beyl, Asensio, Benzema

Atletiko Madrid: Oblak, Xuanfran, Qodin, Saviç, Lukas, Lemar, Rodri, Saul, Koke, Qrizman, Diyeqo Kosta.

Qeyd edək ki, oyun saat 23:00-da başlayacaq və baş hakim polşalı Şimon Martsinyakdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.