İdman

"Mançester Siti"nin aparıcı futbolçusu zədələnib

15 Avqust 2018 21:40
0 Şərh     Baxış: 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Mançester Siti" klubunun aparıcı futbolçularından hesab olunan Kevin de Bruyne zədələnib. 

Milli.Az report.az-a istinadən bildirir ki, 27 yaşlı yarımmüdafiəçi məşqdə dizindən xəsarət alıb. Onun zədəsinin ciddi olduğu bildirilir. Belçikalı oyunçunun zədəsinin bərpası ilə bağlı məlumat olmasa da, onun, təxminən, iki aydan çox yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur. 

Qeyd edək ki, Kevin de Bruyne 2015-ci ildən "Mançester Siti"də çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.