İdman

Çempionlar Liqasında "play-off" cütləri müəyyənləşdi

15 Avqust 2018 10:50
0 Şərh     Baxış: 1 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Çempionlar Liqasında "play-off" mərhələsinin bütün cütlükləri müəyyənləşib.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, "Qarabağ"ı mübarizədən kənarlaşdıran Belarus BATE-si Hollandiyanın PSV komandası ilə üz-üzə gələcək.

Türkiyənin "Fenerbahçe" komandasını iki oyunun nəticəsinə görə üstələyən Portuqaliya "Benfica"sı Yunanıstanın PAOK klubunun müqavimətini qırmağa çalışacaq.

"Play off" mərhələsinin ilk görüşləri 21-22 avqustda, cavab matçları isə 28-29 avqustda keçiriləcək. ÇL-in "play-off"unun 6 qalibi qrup mərhələsinə vəsiqə qazanacaq.

Çempionlar Liqası, "play-off" mərhələsi

"Crvena Zvezda" (Serbiya) - "Salzburg" (Avstriya)
BATE (Belarus) - PSV (Hollandiya)
"Young Boys" (İsveçrə) - "Dinamo" (Zaqreb, Xorvatiya)
"Videoton" (Macarıstan) - AEK (Afina, Yunanıstan)
"Benfika" (Portuqaliya) - PAOK (Yunanıstan)
"Ajax" (Hollandiya) - "Dynamo" (Kiyev, Ukrayna)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.