İdman

Millimiz son dəqiqələrdə məyus oldu

14 Avqust 2018 11:40
0 Şərh     Baxış: 1 399
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Çempionatının ikinci turunda hazırkı dünya çempionu Çexiya yığması ilə qarşılaşan Azərbaycan milli komandası oyuna ciddi itki ilə çıxmışdı. Komandamızın aparıcı üzvü İlkin Hacııyev ilk oyunda əzələsini dartdığı üçün çexlərlə  oyunu buraxmaq məcburiyyətində idi. Buna baxmayaraq komandamız oyuna yaxşı başladı və hissənin yarısında komandamızın kapitanı Seymur Məmmədov rəqibin kobud səhvini bağışlamadı. Qeyd edək ki, Məmmədov fərqlənməklə Azərbaycan millisinin mötəbər turnirlərdə vurulan ilk qolunun müəllifi kimi adını minifutbol tariximizə yazdırdı. Macarlarla oyunda olduğu kimi bu dəfə də hakimlər briqadası kobud səhvlə yadda qaldı. Belə ki, ilk hissədə Çexiya komandasının oyunçusu cərimə meydançasında topa əllə toxunsa da hakim oyunu davam etdirdi.

Milli.Az xəbər verir ki, ikinci yarıda da ilk hissədə olduğu kimi topa nəzarət daha çox şərqi avropalılarda idi. Bu məqamda Ramil Həsən-Zadənin də inamlı oyununu vurğulamaq yerinə düşər. Qapıçımız oyun ərzində bir neçə yüz faizli zərbənin qarşısın məharətlə almağı bacardı. Lakin oyunun sonlarında daha təcrübəli olan Çexiya millisi istəyinə çatdı. Əsas vaxtın bitməsinə iki dəqiqə qalmış ani diqqətsizlik komandamıza baha başa gəldi. Qoldan ruhlanan rəqib oyuna artırılmış birinci dəqiqədə qələbə qolunu vuraraq minifutbol yığmamızı Avropa çempionatlarında ilk xalını qazanmaq imkanından məhrum etdi.
Komandamızın növəbti oyunu avqustun 15-i Bakı vaxtıyla saat 17:00-da Türkiyə milli komandasına qarşı olacaq.

Çexiya 2:1 Azərbaycan

Qollar: Yakub Qot 38` Stanislav Marik 40+1` / Seymur Məmmədov 10` 
Baş hakim: Sezar İonesku (Rumıniya)
Hakim: Vadim Tendera (Ukrayna)
Azərbaycan: 12.Ramil Həsən-Zadə (Q), 8.Renat Sultanov, 10.Seymur Məmmədov (K), 11.Elvin Əlizadə, 14.Asif Zeynalov, 17.Vüsal İsayev,
Ehtiyat:1.Seymur Baydamirov (Q), 4.Cavid Rəcəbov, 9.Orxan Məmmədov, 19.Eyyub Əfəndiyev, 20.Emin Əliyev, 77.Zaur Əliyev, 95.Elvin Bayramov.

Baş məşqçi: Elşad Quliyev
Çexiya: 20.Andrey Biro (Q), 6.Frantişek Hakl, 8.Patrik Levçik, 9.Andrey Padera, 10.Yakub Polak, 12.Yan Koudelka. 
Eytiyat: 1.Yaroslav Bellada (Q), 2.Vit Popelka, 4.Tomaş Rezni, 5.Jiri Sodoma, 7.Pavel Şultes, 11.Stansilav Marik (K), 13.Yakub Qot, 14.Robin Demeter, 15.David Preşl.

Baş məşqçi: Stanislav Beyda

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.