İdman

Qurban Qurbanov: Meydanda ən yaxşısını etməyə çalışacağıq...

14 Avqust 2018 10:52
0 Şərh     Baxış: 1 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Daha öncə "BATE"nin çox yaxşı komanda olduğunu bildirmişdim. Bakıdakı ilk oyun çox çətin oldu, bizi bundan da ağır oyun gözləyir".

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Belarusda "BATE" ilə keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə deyib.

Mütəxəssis bildirib ki, hazırkı məqamda nə qədər çətin olsa da, başqa çıxış yolu yoxdur: "Nəticə qazanmaq üçün meydanda ən yaxşısını etməyə çalışacağıq".

"Qarabağ" ilk görüşdə 0:1 hesabı ilə uduzub. "Borisov Arena"da keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.