İdman

Tamaşaçı: "Bizim ölkəmizin gimnastika arenası dünya səviyyəsindədir"

13 Avqust 2018 07:21
Baxış: 551

Yarışlar mükəmməl təşkil edilib, bizim hər şeydən xoşumuz gəlir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin tamaşaçısı Lalə Quliyeva bildirib.

L.Quliyeva deyib: "Milli Gimnastika Arenasına gəldiyim ilk dəfə deyil. Yarışlar mükəmməl təşkil edilib, bizim hər şeydən xoşumuz gəlir. Ən əsası, bizim qızların yaxşı çıxış etməyi, məşqçiləri və tamaşaçıları sevindirməkləridir".

Tamaşaçı vurğulayıb ki, ölkədə gimnastika üzrə çox sayda turnirlər və birinciliklər keçirilir və bu, istedadlı idmançıların üzə çıxarmağa və onlara bacarıqlarını nümayiş etdirmək imkanı verir: "Bizim ölkədə gimnastika arenası dünya səviyyəsindədir, burada bütün lazımi şərait yaradılıb. Bizim gimnastlara öz güclərinə və hər şeyin alınacağına inanmağı arzu edirəm. Qoy onlar heç nədən qorxmasınlar və öz arzularına doğru getsinlər".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin sonuncu günü baş tutub.

Bu gün 2008-2010-cu il təvəllüdlü gimnastların alətsiz və topla qrup yarışları, 2006-2007-ci il təvəllüdlü gimnastların lentlə qrup yarışları və 2003-2005-ci il təvəllüdlü gimnastların halqa, top, gürzlər və lentlə hərəkətlərdə final çıxışları baş tutub.

Yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, Respublika Kompleks İdman Məktəbi, "Zirvə" İdman Klubu, o cümlədən Qusar və Gəncə şəhərlərini təmsil edən ümumilikdə 117 gimnast çıxış edib.

Üç gün boyunca davam edəcək turnirdə tamaşaçıların əyləncəli vaxt keçirməsi üçün maraqlı müsabiqələr və fleşmoblar da təşkil olunub.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.