İdman

Tamaşaçı: "Bədii gimnastika üzrə yarışları məmnuniyyətlə izləyirik"

13 Avqust 2018 01:35
Baxış: 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yarışları məmnuniyyətlə izləyirik və böyük zövq alırıq. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin tamaşaçısı Səbinə Həsənova bildirib.

S.Həsənova hesab edir ki, Azərbaycanda idman inkişaf edir: "Əlbəttə, xoşdur ki, ölkədə gimnastika belə yaxşı səviyyədədir".

Tamaşaçı qeyd edib ki, yarışlar çox yaxşı təşkil olunub: "Uşaqların bu idman növünü sevməsini görmək xoşdur. Bilirəm ki, Azərbaycanda çox güclü məşqçilər var".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin sonuncu günü baş tutub.

Bu gün 2008-2010-cu il təvəllüdlü gimnastların alətsiz və topla qrup yarışları, 2006-2007-ci il təvəllüdlü gimnastların lentlə qrup yarışları və 2003-2005-ci il təvəllüdlü gimnastların halqa, top, gürzlər və lentlə hərəkətlərdə final çıxışları baş tutub.

Yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, Respublika Kompleks İdman Məktəbi, "Zirvə" İdman Klubu, o cümlədən Qusar və Gəncə şəhərlərini təmsil edən ümumilikdə 117 gimnast çıxış edib.

Üç gün boyunca davam edəcək turnirdə tamaşaçıların əyləncəli vaxt keçirməsi üçün maraqlı müsabiqələr və fleşmoblar da təşkil olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.