İdman

"Axtarışdayıq, amma çox çətindir..."

13 Avqust 2018 03:30
0 Şərh     Baxış: 1 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Komandaya demişdim ki, ilk oyun psixoloji planda çox vacibdir. Yekunda futbolçuları dilxor gördüm. Bu, bizim üçün yaxşı hal deyil. Rəqibi təbrik edirəm, yaxşı komandadır. Bir qol vurdular və 3 xal əldə etdilər. Bizim oyunumuzda da bəzi dəyişikliklər etmək lazımdır. İlk hissədə Miloş Boşançiçin zədə alması bizə pis təsir etdi. Meydana sonradan girənlərin bizə kömək etməsi üçün vaxt lazımdır. Fasilədən sonra şanslarımız da oldu. Amma vura bilmədik".

Milli.Az report.az-a istinadən bildirir ki, bunu "Keşlə"nin baş məşqçisi Mladen Milinkoviç "Sabah"a evdə 0:1 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının ilk tur matçından sonra mətbuat konfransında deyib. 50 yaşlı serbiyalı mütəxəssis sualları da cavablandırıb.

- Bu heyətlə "Keşlə"nin çempionatdakı şansını necə dəyərləndirirsiniz?

- Hələ çempionatın başlanğıcıdır. Turun digər görüşlərinə də baxmışam. Komandalar arasında güc baxımından fərq görmədim. İki həftədir Azərbaycandayam. "Sabah"ın heyətində matçın gedişatını dəyişən ən azı iki futbolçu vardı. Bizdə isə əvvəllər Sezar Meza Kolli olub. O isə artıq gedib.

- Bundan sonra transferlər olacaq?

- Axtarışdayıq. Amma çox çətindir. Ayın sonuna qədər vaxtımız var. Bu barədə klubun prezidenti Zaur Axundovla da danışmışıq.

- Komandanızda 4 hücumçu var və onların hamısı bu gün meydanda oldu. Lakin heç biri qol vurmadı. Bunu faciə hesab etmək olar?

- Yoxlama matçlarında da onları görmüşük. Yaxşı olacaq. Qarşıdakı matçlarda öz oyunlarını tapacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.