İdman

İngiltərə Premyer Liqası: "Mançester Siti" "Arsenal"-ı məğlub edib

12 Avqust 2018 22:04
0 Şərh     Baxış: 1 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 12-də İngiltərə Premyer Liqasının birinci turunun sonuncu oyunu keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son çempion "Mançester Siti" doğma meydanda "Arsenal" klubunu qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən ilk hissədə hesab 14-cü dəqiqədə açılıb. Rəhim Sterlinq rəqibin üç müdafiəçisini keçərək qapıya dəqiq zərbə vurub - 1:0. Qoldan sonra irəli atılan qonaqlar Pep Qvardiolanın yetirmələrinin qapısı qarşısında bir neçə təhlükəli vəziyyətlər yaradıb. Buna baxmayaraq hesab dəyişilməyib.

Fasilədən sonra hücumlarını davam etdirən "Mançester Siti" 77-ci dəqiqədə ikinci topu qonaqların qapısından keçiriblər. Benjamen Mendinın künc zərbəsindən ötürməsini Bernardo Silva qolla tamamlayıb - 0:2. Bu qol oyunda sonuncu olub. Beləliklə, "Mançester Siti" İngiltərə Premyer Liqasının birinci turunda ilk qələbəsini qazanıb.

Qeyd edək ki, "Arsenal" növbəti turda səfərdə "Çelsi" klubu ilə, "Mançester Siti" isə doğma meydanda "Hadesfild" komandası ilə üz-üzə gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.