İdman

“Uypeşt”ə məğlubiyyətin təsirindən hələ tam çıxmamışıq - MÜSAHİBƏ

12 Avqust 2018 17:06
0 Şərh     Baxış: 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov "Sumqayıt" üzərində qələbədən sonra (2:0) klubun rəsmi saytına müsahibə verib.

Milli.Az xəbər verir ki, "ağ-qaralar"ı meydana kapitan kimi çıxarmağın əlavə məsuliyyət olduğunu deyən futbolçu buna sevindiyini də gizlətməyib.

- "Neftçi"ni kapitan qismində meydana çıxardın...

- "Neftçi" kimi komandanı kapitan kimi meydana çıxarmaq çox sevindiricidir. Düzdür, bu müvəqqətidir, amma məsuliyyətimi artırır.

- Qələbə qazanmağımıza baxmayaraq, komandanın oyunu o qədər də yaxşı təsir bağışlamadı...

- Düzü, "Uypeşt"ə məğlubiyyətin təsirindən hələ tam çıxmamışıq. Amma inanıram ki, bu və sonrakı qələbələr bizə həmin oyunu unutduracaq.

- Baş məşqçi Roberto Bordin "Sumqayıt"la görüşdən sonra komanda üzvlərinə nə dedi?

- Baş məşqçimiz dedi ki, bu çətin qələbə oldu və üzərində işləməli olduğumuz çox nüanslar var. Bəli, üzərimizdə işləməliyik, amma mövsümün sonunda turnir cədvəlindəki mövqelər komandanın necə oynadığına görə yox, topladığı xallara görə müəyyənləşəcək.

- Hesabı 2:0-a çatdırmazdan əvvəl sənin iki qol epizodun oldu, amma hər iki halda fütsəti boşa verdin. Belə epizodlardan sonra psixoloji olaraq özünə gəlib, qol vurmaq nə qədər çətin idi?

- Düzdür, qol vurmaq üçün əlimə iki şans düşmüşdü. Həmin epizodlarda qol vursaydım, bəlkə də 3 xalı qazanmaq komanda üçün daha asan olacaqdı. Amma əsas odur ki, biz qol vurduq və qalib gəldik. Açığı, mənim iki yox, üç şansım oldu. Çünki bir halda Baqali Dabonu görmədim, özüm zərbə endirdim. Amma sonra gördüm ki, Dabo daha əlverişli mövqedə olduğu üçün topu ona ötürməliydim.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.