İdman

"Mançester Yunayted" tarixində ilk

12 Avqust 2018 16:02
0 Şərh     Baxış: 942

"Mançester Yunayted" 140 illik tarixində ilk dəfə olaraq kluba idman direktoru təyin etmək niyyətindədir.

Milli.Az bildirir ki, Goal.az-ın "The Guardian" nəşrinə istinadən yaydığı xəbərə görə, bu yenilik klubun transfer siyasətini daha da müasirləşdirmək imkanı verəcək. İdman direktoru klub rəhbərliyi ilə baş məşqçi arasında əlaqələndirici şəxs olacaq.

Bildirilir ki, buna qədər baş məşqçi Joze Mourinyo ilə icraçı direktor Ed Vudvord arasında transfer məsələsinə görə ciddi fikir ayrılığı olub. Klub rəhbərliyi gələcəkdə həm də belə halların təkrarlanmaması üçün idman direktoru vəzifəsinin yaradılmasını qətiləşdirib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.