İdman

Premyer Liqada 54-cü, "Neftçi"də 4-cü

12 Avqust 2018 14:58
0 Şərh     Baxış: 1 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Topaz Premyer Liqasının 2018/19 mövsümünün "Sumqayıt"la "Neftçi" arasında açılış oyunu legioner baş məşqçinin Azərbaycan çempionatında debütü ilə əlamətdar olub.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, "Neftçi"ni ilk turun qarşılaşmasına çıxaran Roberto Bordin Premyer Liqada işinə uğurla başlayıb. İtaliyalı mütəxəssisin yetirmələri səfər görüşündə 2:0 hesabı ilə qalib gəlib. Bordin Azərbaycan çempionatları tarixində komandasını meydana çıxaran 54-cü əcnəbi çalışdırıcı olub. Onadək 53 legioner baş məşqçi və ya baş məşqçi əvəzi bu funksiyanı yerinə yetirib.

"Neftçi"nin baş məşqçisi çempionatlar tarixinə ikinci italiyalı kimi düşüb. Onadək "Xəzər Lənkəran"a müvəqqəti rəhbərlik edən Covanni Melkiorre 1 matçda yetirmələrini meydana çıxarıb.

Bordin "Neftçi"nin tarixinə Premyer Liqadakı 4-cü legioner baş məşqçi kimi düşüb. İtaliyalıya qədər çexiyalı Vlastimil Petrjela, ukraynalı Anatoli Demyanenko və almaniyalı Hans Yurgen Gede "ağ-qaralar"a rəhbərlik edib.

Qeyd edək ki, "Sumqayıt"la oyun "Neftçi"nin Azərbaycan çempionatlarında yubiley - 750-ci matçı kimi əlamətdar olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.