İdman

Kepa Kurtua deyil - “Çelsi”nin baş məşqçisi

12 Avqust 2018 11:03
0 Şərh     Baxış: 889

"Çelsi"nin baş məşqçisi Mauritsio Sarri Eden Hazard və komandadan ayrılan Tibo Kurta haqqında fikirlərini bildirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, italyan mütəxəssis İngiltərə mətbuatına açıqlamasında bunları deyib:

"Hazardın komandada qalmaq istədiyini düşünürəm. Artıq bu mövzuda danışmaq istəmirəm.

Kurtuaya gəlincə, o, "Real"a getmək istədi. Dünyanın ən güclü qapıçılarından birini itirdik, ancaq daha gəncini qazandıq. Kepa Arrisabalaqanın hələ 23 yaşı var. Ümid edirəm ki, o daha da inkişaf edəcək. Ancaq Kepa Kurtua deyil".

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.