İdman

Fransa yığmasının sabiq forvardı “Bordo”da

11 Avqust 2018 17:41
0 Şərh     Baxış: 411

Fransanın "Bordo" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi "Genqam"ın hücumçusu Cimmi Brianı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

33 yaşlı fransız futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb. O, "Bordo"da 7 nömrəli forma altında oynayacaq.

Bir ara Fransa yığmasında da oynamış Brian, karyerası ərzində "Renn", "Olimpik" (Lion) və "Hannover" klublarında da forma geyinib.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.