İdman

"Traktor" böyük hesabla uduzdu

11 Avqust 2018 16:46
1 Şərh     Baxış: 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İran çempionatında 3-cü turun oyunları keçirilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar da növbəti matçlarına çıxıblar.

Təbrizin daha məşhur "Traktor" klubu səfərdə Esteglal ilə qarşılaşıb. Uelsli mütəxəssis Con Toşakın çalışdırdığı Təbriz təmsilçisi bu oyunda darmadağına üzülüb - 0:3.

Təbrizin digər təmsilçisi Gostarish isə doğma meydanda Sepidrud Raşt ilə üz-üzə gəlib və bu dəfə də meydanı 1 xalla tərk edib - 1:1.

Üç turdan sonra 3 xala malik Gostariah 16 iştirakçı arasında 10-cu, "Traktor" isə 2 xalla 15-ci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.