İdman

Gənc azərbaycanlı gimnast Gövhər İbrahimova həmişə birinci olmağı arzulayır

10 Avqust 2018 20:49
Baxış: 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyində 2009-cu il təvəllüdlü gimnastlar arasında qızıl medal qazanan "Ocag Sport" idman klubunun təmsilçisi Gövhər İbrahimova çıxışından razı qalıb.

Milli.Az bildirir ki, gimnast Trend-ə deyib: "Çıxışımdan çox məmnunam və qızıl medala görə çox sevinirəm. Hər zaman birinci olmağı arzulayıram. Yarışlarda iştirak etmək çətin deyildi, Milli Gimnastika Arenasında çıxış etmək xoşuma gəlir"

Gənc gimnastın sözlərinə görə, təkcə o, deyil, məşqçisi də nəticələrindən razı qalıb:

"Mükafatı qazandığım zaman məşqçi məni təriflədi və ağıllı olduğumu söylədi".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyi start götürüb.

Yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, Respublika Kompleks İdman Məktəbi, "Zirvə" İdman Klubu, həmçinin Qusar və Gəncə şəhərlərini təmsil edən ümumilikdə 117 gimnast çıxış edəcək.

Turnir avqustun 12-dək davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.