İdman

Ramin Musayev: "O, futbol oynamaqdansa, getsin özünə sənət tapsın" - MÜSAHİBƏ

10 Avqust 2018 15:08
3 Şərh     Baxış: 2 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev I Divizionun 2018/2019 mövsümünün püşkatma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb. 

Milli.Az Report.az-a istinadən həmin müsahibəni təqdim edir: 

- Hakimlər bu dəfə yay fasiləsi zamanı ölkə xaricində təlim-məşq toplanışı keçmədilər. Bu, onlar üçün problem olmayacaq? 

- Əgər hakimlər təlim-məşq toplanışında 5-10 oyun idarə edirlərsə, ölkə xaricinə getməyin nə mənası var? Bu yay ölkə xaricində yoldaşlıq oyunlarının az olmasına görə toplanışa yollanmadılar. Bu, maliyyə məsələsi ilə bağlı deyil.

- Gürcüstanda 4 futbol liqası var. Bəs, bizdə niyə bu qədər yoxdur?

- Bizdə də aşağı yaş qrupları üzrə liqalar var. Onlar kasıb itinin adını "gümüş" qoyan kimi, hər yarışı liqa hesab edirlər. Həvəskarlardan ibarət liqa yarada bilərik, amma mənası yoxdur. AFFA nə vaxta qədər klubları maliyyələşdirməlidir? Kənardan heç bir maliyyə dəstəyi ala bilmirik.

- Limitlə bağlı dəyişiklik bəzi futbolçuları kənarda qoyacaq. Bunu necə qiymətləndirirsiniz?

- Gənc futbolçu Premyer Liqada 1500-2000 manat maaş alır. 25 yaşlı futbolçu divizionda 500 manata oynayacaqsa, onun gələcəyi necə olacaq? O, futbol oynamaqdansa, getsin özünə sənət tapsın. 

- Son illər I Divizionda çempion olan komanda Premyer Liqaya vəsiqə qazana bilmir. Bu, neçə il davam edəcək?

- Bu, bizdən asılı deyil. Ümid edək ki, iş adamlarının vəziyyəti yaxşılaşacaq, futbola yatırım edəcəklər. 

- Son 2 mövsümdə çıxış edən klublardan 10-u yeni mövsümdə təmsil olunmayacaqlar. Onlardan neçəsi danışılmış oyunlara görə kənarda qalıblar? 

- Hansı klub sənədini gətirməyibsə, onu çempionata buraxmamışıq (gülür). Məndən söz almaq istəyirsiniz, amma ad çəkməyəcəm.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.