İdman

Haradan haraya - Budaq Nəsirov "Sportinq"dən "Zirə"yə TRANSFER OLDU

10 Avqust 2018 13:17
0 Şərh     Baxış: 1 036

Portuqaliyanın "Sportinq" klubunda çıxış edən U-21 millimizin üzvü Budaq Nəsirov karyerasını Azərbaycanda davam etdirəcək.

Milli.Az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi paytaxtın "Zirə" klubuna keçib. Bu barədə sportal.az-a "qartallar"ın baş məşqçisi Ayxan Abbasov məlumat verib. O, son danışıqların getdiyini və transferin tezliklə yekunlaşacağını deyib.

Qeyd edək ki, millimizin üzvü 2016-cı ildə "Sumqayıt"dan "Sportinq"ə keçib. Nəsirov Lissabon klubunun B komandasında çıxış edirdi. Onun "Sportinq"lə 2021-ci ilə qədər müqaviləsi var.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.