İdman

"Qarabağ"a qol vuran futbolçu: Bizi çətin cavab oyunu gözləyir...

10 Avqust 2018 13:08
1 Şərh     Baxış: 845

"Heç kim PSV-ni düşünmür. Bizim böyük üstünlüyümüz yoxdur".

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, bu sözləri BATE-nin yarımmüdafiəçisi Stanislav Draqun deyib. 30 yaşlı yarımmüdafiəçi ÇL-in III təsnifat mərhələsində "Qarabağ"a qarşı evdə keçirəcəkləri görüş barədə danışıb. İlk qarşılaşmada yeganə qolla komandasına qələbə qazandıran belaruslu futbolçu cavab görüşünə fərqli taktika ilə çıxacaqlarını deyib:

"Bizi çətin cavab oyunu gözləyir. Ümid edirəm ki, Borisovdakı oyunda həm müdafiə, həm də hücumda yaxşı oynayacağıq. Bakıda olduğu kimi, evdə də asan olmayacaq. Biz yavaş-yavaş irəliləyirik".

Qeyd edək ki, BATE - "Qarabağ" oyunu avqustun 14-də baş tutacaq. İlk oyunda Borisov klubu Stanislav Draqunun qolu ilə 1:0 hesabı ilə qalib gəlib.

Əlavə edək ki, bu cütün qalibi pley-off-da Hollandiyanın PSV klubu ilə görüşəcək.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Tənqidçi · 10 Avqust 13:1100

    Zarafat edir.....BATE bu mərhələni keçib vəssalam....çox heyif....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.