İdman

"Red Bull"un rəhbəri Alonsonu istəmir: Xaos yaratmağa meyillidir...

10 Avqust 2018 20:14
0 Şərh     Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Red Bull"un rəhbəri Kristian Horner komandadan ayrılan Daniel Rikkiardonun yerini Fernando Alonso ilə doldurmağın faydasız olduğunu hesab edir.

Milli.Az xəbər verir ki, Rikkiardo 2014-cü ildən çıxış etdiyi komandadan ayrılaraq, "Reno"ya keçir. Avstraliyalı pilotun yerinə Alonsonun adının hallanması ilə bağlı "Red Bull"un rəhbəri Horner açıqlama verib. O, bu seçimin komandaya mənfi təsir edəcəyini bildirib:

"Fernandoya hörmətim var. O, möhtəşəm, fantastik sürücüdü. Ancaq onu "Red Bull"da görmək çox çətindir. Fernando hara gedirsə, orda xaos yaratmağa meyilli biridir. Alonsonun qatılmasının komanda üçün yaxşı olacağına əmin deyiləm". 

Elçin Əlixan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.