İdman

"Trabzonspor" Ramil Şeydayevlə müqaviləni ləğv edib

9 Avqust 2018 19:47
0 Şərh     Baxış: 871

Türkiyənin "Trabzonspor" klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevlə yollarını ayırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Qara dəniz təmsilçisi 22 yaşlı hücumçu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.

Bildirilir ki, "Trabzonspor" Ramil Şeydayevə komandada qaldığı və icarəyə verildiyi müddətdə 370 min avro ödəyib. Onun Türkiyə klubu ilə 2020-ci ilə qədər müqaviləsi mövcud idi.

Qeyd edək ki, Ramil Şeydayev 2016-2017 mövsümündə 170 min avro müqabilində Rusiyanın "Zenit" komandasından "Trabzonspor"a keçib. O, 2017-ci ilin yanvarında Slovakiya "Jilina"sına, ötən ilin yayında isə "Qarabağ"a icarəyə verilmişdi.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.