İdman

"Qarabağ" Avropa nəhənglərindən öndə: Milan, İnter, Qalatasaray - UEFA reytinqi

9 Avqust 2018 15:53
9 Şərh     Baxış: 2 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa klublarının son 5 mövsümdəki nəticələrinə görə yeni reytinq siyahısı açıqlanıb.

Milli.Az futbolpress.az-a istinadən xəbər verir ki, cədvəldə 6 Azərbaycan komandası da yer alıb.

Təmsilçilərimiz arasında ən yaxşı nəticə "Qarabağ"dadı. Ağdam təmsilçisi 20,500 xalla qitənin 64-cüsüdü. 65-ci sırada İtaliya "İnter"i, 63-cü pillədə İngiltərə "Lester"i qərarlaşıb. "Qarabağ" cədvəldə "Milan", "Valensiya", "Qalatasaray", "Leypsiq" kimi tanınmış klubları da qabaqlayır.

Təmsilçilərimiz arasında ikinci ən yaxşı nəticə "Qəbələ"dədi. "Qırmızı-qaralar" 6,250 xalla 157-ci pillədə qərarlaşıb.

Digər Azəraycan klubları - "Keşlə", "Neftçi", "Zirə" və "Kəpəz" 3,625 xalla daha 6 komanda ilə birgə 258-268-ci yerləri bölüşdürür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.