İdman

"Beşiktaş" və "Sevilya"dan qələbə, "Zenit" darmadağın oldu

10 Avqust 2018 07:44
0 Şərh     Baxış: 4 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Avropanın müxtəlif şəhərlərində 35 qarşılaşma keçirilib.

"Şerif" öz meydanında İslandiyanın "Valyur" klubunu qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində BATE-ni mübarizədən kənarlaşdıra bilməsə, o zaman Avroliqanın pley-offunda məhz bu cütün qalibi ilə qarşılaşacaq. 

"Beşiktaş" İstanbulda Avstriyanın LASK klubu ilə qarşılaşıb. Türkiyə təmsilçisi 1 cavabsız qolla rəqibini üstələyib. Digər Türkiyə klubu "Başakşəhər" isə doğma meydanda "Bernli" (İngiltərə) qolsuz heç-heçə edib.

Rusiyanın "Zenit" klubu səfərdə "Dinamo"ya  (Minsk) 0:4 hesabı ilə uduzub. 

"Sevilya" isə İspaniyada "Jalqris"dən (Litva) üstün olub - 1:0.

Avropa Liqası

Üçüncü təsnifat mərhələsi, ilk oyunlar

9 avqust

18:00. UFA (Rusiya) - "Proqres" (Lüksemburq) - 2:1

20:00. "Spartak" (Latviya) - "Suduva" (Litva) - 0:1

20:00. "Alaşkert" (Ermənistan) - ÇFR (Rumıniya) - 0:2

20:00. "Hapoel" (Hayfa, İsrail) - "Atalanta" (İtaliya) - 1:4

20:30. "Leyptsiq" (Almaniya) - "Universitatya" (Rumıniya) - 3:1

21:00. "Mariupol" (Ukrayna) - "Bordo" (Fransa) - 1:3

21:00. "Siqma" (Çexiya) - "Kayrat" (Qazaxıstan) - 2:0

21:00."Dinamo" (Minsk, Belarus) - "Zenit" (Rusiya) - 4:0

21:00. "Şturm" (Avsriya) - AEK (Kipr) - 0:2

21:00. "Trençin" (Slovakiya) - "Feyenoord" (Hollandiya) - 4:0

21:00. "Ludoqorets" (Bolqarıstan) - "Zrinski" (Bosniya və Herseqovina) - 1:0

21:00. "Hapoel" (Beer-Şeva, İsrail) - APOEL (Kipr) - 2:2

21:00. "Torpedo" (Gürcüstan) - "Kukesi" (Albaniya) - 5:2

21:00. "Şerif" (Moldova) - "Valyur" (İslandiya) - 1:0

21:00. "Apollon" (Kipr) - "Dinamo" (Brest, Belarus) - 4:0

21:20. "Yagelloniya" (Polşa) - "Gent" (Belçika) - 0:1

21:45. "Norşelland" (Danimarka) - "Partizan" (Serbiya) - 1:2

21:45. MOİK (Bolqarıstan) - "Kopenhagen" (Danimarka) - 1:2

22:00. "Vitess" (Hollandiya) - "Bazel" (İsveçrə) - 0:1

22:00. "Genk" (Belçika) - "Lex" (Polşa) - 2:0

22:00. "Olimpiakos" (Yunanıstan) - "Lütsern" (İsveçrə) - 4:0

22:00. "Olimpiya" (Sloveniya) - HİK (Finlandiya) - 3:0

22:00. "Beşiktaş" (Türkiyə) - LASK (Avstriya) - 1:0

22:00. "Başakşehir" (Türkiyə) - "Bernli" (İngiltərə) - 0:0

23:30. "Zarya" (Ukrayna) - "Braqa" (Portuqaliya) - 1:1

22:45. "Hibernian" (Şotlandiya) - "Mölde" (Norveç) - 0:0

22:45. "Spartak" (Serbiya) - "Bröndbyu" (Danimarka) - 0:2

22:45. "Sarsporq" (Norveç) - "Riyeka" (Xorvatiya) - 1:1

22:45. "Reyncers" ("Şotlandiya") - "Maribor" (Sloveniya) - 3:1

22:45. "Kork Siti" (İrlandiya) - "Rusenborq" (Norveç) - 0:2

22:45. TNS (Uels) - "Midtyullend" (Danimarka) - 0:2

22:45. "Hayduk" (Xorvatiya) - "Styaua" (Rumıniya) - 0:0

23:00. "Legiya" (Polşa) - "Düdelanj" (Lüksemburq) - 1:2

23:05. "Slovan" (Slovakiya) - "Rapid" (Avstriya) - 2:1

23:45. "Sevilya" (İspaniya) - "Jalgiris" (Litva) - 1:0

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.