İdman

Türkiyə millisinin üzvü Premyer Liqada - 21 milyon avro...

9 Avqust 2018 12:52
0 Şərh     Baxış: 1 283

Türkiyə milli komandasının və "Frayburq"un futbolçusu Çağlar Söyüncü karyerasını İngiltərədə davam etdirəcək.

Milli.Az xəbər verir ki, 22 yaşlı müdafiəçi "Lester"ə transfer olub. Bu barədə "Sky Sports" məlumat yayıb. Bildirilir ki, Premyer Liqa təmsilçisi türk futbolçunun keçidinə görə Almaniya klubuna 21 milyon avro təzminat ödəyəcək. Gənc mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Çağlar Söyüncü ötən mövsüm Bundesliqada 25 qarşılaşmada meydana çıxıb və 1 qol vurub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.