Bu gün Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə daha 3 matç keçirilib.
Moskva "Spartak"ı səfərdə PAOK-un qonağı olub. Artıq 17-ci dəqiqədə rəqib qapısından 2 top keçirməsinə naxmayaraq, ruslar meydandan məğlub ayrılıblar - 2:3.
Yunanıstanın ÇL-dəki digər təmsilçisi AEK səfərdə "Seltik"lə üz-üzə gəlib. 57-ci dəqiqədən azlıqda qalmasına baxmayaraq, AEK çətin səfərdən sərfəli nəticə ilə qayıdıb - 1:1.
Çoxlarının gözləmədiyi halda üçüncü mərhələyə kimi irəliləyən "Şkendiya" isə Avstriyada "Zalsburq"un qonağı olub. Lakin Makedoniya çempionunun növbəti sensasiyaya gücü çatmayıb.
8 avqust
Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
PAOK (Yunanıstan) - "Spartak" (Moskva, Rusiya) 3:2
Qollar: Popov, 7 (0:1), Promes, 17 (0:2), Prijoviç, 29-pen (1:2), Limnios, 37 (2:2), Pelkas, 44 (3:2)
"Zalsburq" (Avstriya) - "Şkendiya (Makedoniya) 3:0
Qollar: Dabbur, 16-pen; 45+3, Samassekou, 81
"Seltik" (Şotlandiya) - AEK (Yunanıstan) 1:1
Qollar: MkQreqor, 17 (1:0), Klonaridis, 44 (1:1)
7 avqust
"Astana" (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) 0:2
"Qarabağ" (Azərbaycan) - BATE (Belarus) 0:1
"Malmö" (İsveç) - "Videoton" (Macarıstan) 1:1
"Slaviya" (Praqa, Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna) 1:1
"Standard" (Belçika) - "Ayaks" (Hollandiya) 2:2
"Srvena Zvezda" (Serbiya) - "Spartak" (Trnava, Slovakiya) 1:1
"Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə) 1:0
Milli.Az