İdman

PFL "Qarabağ"ın müraciətinə "hə" dedi - 'Zirə' ilə oyun təxirə salındı

8 Avqust 2018 15:58
0 Şərh     Baxış: 1 305
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" Peşəkar Futbol Liqasına müraciət edib.

Milli.Az xəbər verir ki, "Qarabağ" ÇL-in 3-cü təsnifat mərhələsinin BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün 1-ci turunda keçirilməli olan "Zirə" ilə görüşün təxirə salınmasını xahiş edib.

"Qarabağ"ın qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan Peşəkar Futbol Liqası 1-ci turun təqvimində aşağıdakı dəyişikliklə bağlı qərar qəbul edib:

Topaz Premyer Liqasının 1-ci turunun "Qarabağ" - "Zirə" matçı 10 avqust tarixdən, 26 sentyabr tarixə keçirilsin.

Qeyd edək ki, "Qarabağ" Bakıda keçirilən ilk oyunda BATE-yə 0:1 hesabı ilə məğlub olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.