İdman

"Qarabağ"ın gözəlləri - FOTOLAR

8 Avqust 2018 14:29
11 Şərh     Baxış: 5 089
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onlar yenə də meydanda idilər. Yenə də "İrəli, Qarabağ!", "Qarabağ Ağdam", "Qarabağa bir qol", "Bir daha" ... deyə "Qarabağ" klubuna dəstək oldular. "Ladies of Karabagh FC" azarkeş qrupunu deyirəm. 

Milli.Az ince.az-a istinadən xəbər verir ki, 4 ildir fəaliyyət göstərən "Ladies of Karabagh FC" xanımlardan ibarət azarkeş qrupudur. Məqsəd "Qarabağ" komandasının azarkeşlərini bir araya gətirib, komandaya tribunadan dəstək olmaq, xanım azarkeşlərin oyuna rahat, təhlükəsiz baxmasını təmin etməkdir. Qrupun yaradıcıları Günay Yelmarqızı və Vasif Acalovdur. 

Qafqazın ilk xanımlardan ibarət dəstək komandası ÇL qrup oyunlarında 200-300 nəfərlik heyətlə çıxış edib. Bununla yanaşı, bu il bütün oyunlarda özünü göstərən qrup Premyer Liqa matçlarında da komandaya dəstək olur. 

Qeyd edək ki, dünən Respublika stadionunda Çempionlar Liqasının 3-cü  təsnifat mərhələsinin BATE ilə keçirilmiş oyununda "Qarabağ" komandası 0:1 hesabı ilə məğlub olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.