İdman

“Dinamo”nun futbolçuları “Neftçi”yə təklif olunub

23 İyul 2018 13:13
0 Şərh     Baxış: 1 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva "Dinamo"sunun sabiq futbolçuları Vanderson və Xali Tiam bu ilin əvvəlində "Neftçi"yə təklif olunub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, paytaxt klubunun sabiq baş məşqçisi Tərlan Əhmədov məlumatı təsdiqləyib.

O bildirib ki, dövrələrarası fasilədə adıçəkilən oyunçuların "Neftçi"yə transferi müzakirə mövzusu olsa da, sonradan keçid baş tutmayıb: "Klub rəhbərlərindən biri mənə gəlib dedi ki, Moskva "Dinamo"sunun iki futbolçusunu gətirəcəm. Biri hücumçu Vanderson, digəri isə dayaq yarımmüdafiəçisi Xali Tiam idi. "Dinamo"nun Vandersona 600 min, Tiama isə 200 min dollar borcu var idi. Söz verdilər ki, onlar gələcək. Dedim ki, əgər bu iki oyunçunu gətirsəniz, başqa heç bir transfer istəmirəm. Ona qədər çox yaxşı futbolçular tapmışdıq. Sadəcə, büdcə azaldıldığından, bizim təklif etdiyimiz məbləğə heç biri gəlmədi. Bu söhbət yanvarın 7-də oldu, 20 gündən sonra isə məlum oldu ki, onların gəlməsi mümkün deyil. Belə çıxdı ki, prezident Orxan Hüseynzadəni də, məni də aldatdılar. Hüseynzadəyə deyirdim ki, bu boşluğu doldurun, yaxşı nəticə qazanaq. Sadəcə, mənə dəstək lazım idi".

Qeyd edək ki, seneqallı Xali Tiam bu yay "Levski"yə, braziliyalı Vanderson isə "Alanyaspor"a transfer olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.