İdman

“Prezident olacaqdım!” – Özünü Allaha bənzədən İbrahimoviçdən qalmaqallı açıqlama

23 İyul 2018 12:45
4 Şərh     Baxış: 2 372
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zlatan İbrahimoviç on il əvvəl "LA Galaxy"yə qoşulduğu təqdirdə özünün ABŞ prezidenti ola biləcəyini iddia edib.

Milli.Az xəbər verir ki, bu il mart ayında transferi reallaşdırılan ulduz oyunçu Amerikada futbola olan təsiri barədə danışarkən bu fikri səsləndirib.

Keçmişdə özünü həm aslan, həm də Allahla müqayisə edən 36 yaşlı futbolçu, ilk 15 oyununda 12 qola imza atdıqdan sonra uğurlu oyunlarının davam edəcəyi mesajını verib.

ABŞ-da futbol mədəniyyətini dəyişdirdiyi haqda sualı "Mən bunu dəyişə bilməmişəm, bilmirəm, sadəcə işimi davam etdirirəm" kimi cavablayıb.

"Sadəcə, onların bəxti gətirib ki, on il bundan əvvəl gəlməmişəm, yoxsa bu gün mən prezident olacaqdım!" - fikirlərini tamamlayıb.

Həşim Səhrablı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.