İdman

Astanada start: 2 gündə 12 qarşılaşma

23 İyul 2018 12:27
0 Şərh     Baxış: 1 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyunlar çərçivəsində 12 qarşılaşma baş tutacaq.

Bu matçlarda 10-da çempionlar, 2-də isə ölkəsində mükafatçı olan komandalar meydana çıxacaq. İlk oyun günündə 7 cüt münasibətlərini aydınlaşdıracaq.

Mərhələyə Qazaxıstanda start veriləcək. "Astana" öz meydanında "Midtulland"ı qəbul edəcək. İlk oyun günündə 6 dueldə çempionlar üz-üzə gələcəksə, PAOK "Bazel"i sınağa çəkəcək.

İyulun 25-də ilk oyunlara yekun vurulacaq. Azərbaycan çempionu "Qarabağ" Albaniyanın "Kukesi" klubu ilə görüşəcək. Qurban Qurbanovun yetirmələri ilk matçı səfərdə keçirəcək. Liqa yolunda isə "Ayaks" Avstriya "Şturm"unu sınağa çəkəcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi

Çempionlar yolu

24 iyul

18:00. "Astana" (Qazaxıstan) - "Midtulland" (Danimarka)

20:00. ÇFR (Rumıniya) - "Malmö" (İsveç)

22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Hapoel" (Beyer-Şeva, İsrail)

22:15. "Şkendiya" (Makedoniya) - "Şerif" (Moldova)

22:30. "Srvena Zvezda" (Serbiya) - "Suduva" (Litva)

23:00. "Legiya" (Polşa) - "Spartak" (Slovakiya)

25 iyul

21:00. "Ludoqorets" (Bolqarıstan) - "Videoton" (Macarıstan)

21:00. BATE (Belarus) - HİK (Finlandiya)

21:00. "Kukesi" (Albaniya) - "Qarabağ" (Azərbaycan)

22:45. "Seltik" (Şotlandiya) - "Rusenborq" (Norveç)

Liqa yolu

24 iyul

21:30. PAOK (Yunanıstan) - "Bazel" (İsveçrə)

25 iyul

22:30. "Ayaks" (Hollandiya) - "Şturm" (Avstriya)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.