İdman

Türkiyə klubu “Sumqayıt”ı darmadağın etdi – 7:0

22 İyul 2018 21:36
0 Şərh     Baxış: 1 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" növbəti yoxlama görüşü keçirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi "Alanyaspor"la qarşılaşıb.

Superliqa klubu ilə oyun heç də uğurlu alınmayıb. Belə ki, türklər təmsilçimizin qapısından 7 cavabsız top keçirərək, böyükhesablı qələbə qazanıblar - 7:0.

Qeyd edək ki, "Sumqayıt" Türkiyə toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama görüşündə Qətər klubu "Əl-Şəhaniyə" ilə bərabərə qalıb (1:1).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.