İdman

""Qarabağ"la ilk oyunda qol buraxmamaq vacibdir"

22 İyul 2018 14:50
0 Şərh     Baxış: 1 089
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Kukesi-nin baş məşqçisi Armando Kunqu Albaniya mətbuatına müsahibə verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Albaniya klubunun baş məşqçisi Qarabağ-la ilk oyunda qol buraxmamağın önəmli olacağını bildirib:

"Hələ ki, oyun üçün heyəti müəyyənləşdirməmişəm. Diqqətli olmalıyıq. Biz böyük potensialı olan komanda ilə qarşılaşacağıq. Qarabağ hər il avrokuboklarda iştirak edir. Onlar ötən mövsümdə Çempionlar Liqasının qrupunda yer alıb. Bu rəqiblə ilk görüşdə qol buraxmamaq çox vacibdir.  Öz komandamın hazırlığından razıyam. Amma bu da kifayət deyil. Futbol maraqlı idman növüdü. Niyə biz də möcüzə etməyək?"

Qarabağ Kukesi ilə ilk oyununu iyulun 25-də səfərdə keçirəcək və görüş saat 21:00-da başlayacaq. Cavab matçı avqustun 1-də Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.