İdman

Gənc cüdoçularımız Çexiyada 8 medal qazandılar

21 İyul 2018 23:51
0 Şərh     Baxış: 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çexiyanın paytaxtı Praqa şəhərində gənc cüdoçuların Avropa Kuboku yarışı keçirilir.

Milli.Az "Report"a istinadən bildirir ki, mötəbər turnirin ilk günü millimiz üçün uğurlu olub. Belə ki, təmsilçilərimiz 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.

Rövşən Əliyev (55 kq) və Şəfəq Həmidova (44 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Balabəy Ağayev (55 kq) və Yaşar Nəcəfov (60 kq) Avropa Kubokunun gümüş medallarına yiyələniblər. Tofiq Məmmədov (60 kq), Nurlan Osmanov (66 kq), Ramilə Əliyeva (44 kq) və Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal qazanıblar.

Bununla da, millimiz Avropa Kuboku yarışının birinci günündə medalların əyarına və sayına görə ilk pillədə qərarlaşıb.

Qeyd edək ki, 39 ölkədən 430 (280 oğlan, 150 qız) cüdoçunun qüvvəsini sınadığı qitə turnirdə Azərbaycan millisi 17 (12 oğlan, 5 qız) cüdoçu ilə təmsil olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.