İdman

"Neftçi"nin kapitanı 6 ay müddətinə sıradan çıxdı

20 İyul 2018 20:42
0 Şərh     Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan milli komandasının və "Neftçi" klubunun futbolçusu Ruslan Abışov 6 ay müddətinə sıradan çıxıb.

Milli.Az report-a istinadən xəbər veriri ki, bu barədə 31 yaşlı müdafiəçinin qardaşı və meneceri Sərxan İbrahimoğlu bildirib. 

"Ağ-qaralar"ın kapitanı Macarıstanın paytaxtı Budapeştdə "Uypeşt"ə 0:4 hesabı ilə uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşünün 41-ci dəqiqəsində rəqiblə top uğrunda mübarizədə ayağından zədələnib. O, meydanı xərəkdə tərk etməli olub və yerini Tural Axundova verib. 

Qeyd edək ki, ilk oyunu 3:1 hesablı qələbə ilə başa vurmasına baxmayaraq, səfərdəki böyük hesablı məğlubiyyət üzündən "ağ-qaralar" Avroliqa ilə vidalaşıb. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.