İdman

"Kamran Quliyev niyə istefa vermir?" - Aqil Abbas

20 İyul 2018 19:54
1 Şərh     Baxış: 2 321
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Məğlubiyyətlər məşqçilərin günahıdır. Tərlan Əhmədovu çıxarıb, yerinə haradansa "importnı" məşqçi gətirirlər, elə bilirlər ki, o da "importnı" mal kimi qiymətlidir".

Milli.Az qol.az-a istinadən xəbərinə görə, bu sözləri millət vəkili Aqil Abbas  açıqlamasında deyib.

O, "Neftçi"nin Avropa Liqasındakı çıxışını dəyərləndirib. Bildirib ki, "Uypeşt"ə məğlubiyyətin günahkarı baş məşqçi Roberto Bordin və prezident Kamran Quliyevdir. Aqil Abbas klub rəhbərini istefaya səsləyib: "Futbol bir mədəniyyətdir, elmdir. Onlar top-top oynayırdılar. Tərlan Əhmədov sıfırdan komandanı götürüb, Avroliqaya vəsiqə qazanmışdı. Axırı nə oldu? Klub prezidenti futbola qarışmamalıdır. Komandanı məşqçi idarə etməlidir. "Neftçi" Tərlan Əhmədovun zəhmətini yerə vurdu. Bəs bu biabırçı məğlubiyyətdən sonra Kamran Quliyev niyə istefa vermir?"

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində evdə "Uypeşt"i məğlub edən (3:1) "Neftçi" səfərdə böyük hesabla uduzaraq (0:4), mübarizəni dayandırıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.