İdman

"Alissona görə ödənilən məbləğin bizim üçün əhəmiyyəti yoxdur"

20 İyul 2018 18:55
0 Şərh     Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul"un baş məşqçisi Yurgen Klopp yeni transfer Alisson Bekker haqqıda fikir bildirib.

Milli.Az goal.az-a  istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı Alissonun ən bahalı qapıçı olmasından təzyiq altında qalmayacağını qeyd edib. 

"Alisson dünyanın ən güclü qapıçılarından biridir. Rəhbərlikdən onun komandaya transferini istədim və onlar lazım olanı etdilər. O, sakit bir insandır. Hər kəsin nə düşündüyünü bilirik. Lakin həqiqətən, Alissona görə ödənilən məbləğin bizim üçün əhəmiyyəti yoxdur. Artıq heyətimizə daha güclü bir futbolçu qatmışıq. Bundan sonra yeni oyunçu haqda düşünmürəm. Artıq gələcək mövsüm üçün hər şeyimizin olduğuna əminəm".

"Liverpul" braziliyalı qapıçını 72,5 milyon avro qarşılığnda "Roma"dan transfer edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.