İdman

Konte "Çelsi"ni məhkəməyə verdi – gec qovulduğu üçün

20 İyul 2018 15:14
Baxış: 1 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün öncə "Çelsi"dən qovulan Antonio Konte London klubunun rəhbərliyindən narazıdır.

Milli.Az qol.az-a istinadən bildirir ki, italiyalı mütəxəssis gec istefaya göndərildiyi üçün məyus olub. Məşqçinin vəkilləri hesab edirlər ki, o, məhz bu səbəbə görə növbəti mövsümdə işsiz qalacaq. Konte bu məsələ ilə bağlı məhkəməyə müraciət edib. O, vaxtından əvvəl istefaya göndərildiyi üçün ona ödənilməli olan 9 milyon funt-sterlinq təzminat verilməsini tələb edir.

"Çelsi" tərəfinin isə Kontenin rəhbərliklə bağlı səsləndirdiyi tənqidi fikirlərdən məhkəmədə əks-arqument kimi istifadə edəcəyi gözlənilir.

Qeyd edək ki, "Çelsi" Konteni onun həmyerlisi Mauritsio Sarri ilə əvəz edib

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.