İdman

Klopp Alissondan danışdı: Bundan sonra yeni oyunçu haqda düşünmürəm

20 İyul 2018 15:07
0 Şərh     Baxış: 1 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul"un baş məşqçisi Yurgen Klopp yeni transfer Alisson Bekkerlə bağlı açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis, braziliyalı qolkiper üçün ödənilən məbləğin elə də əhəmiyyət daşımadığını bildirib. Klopp klubun rəsmi saytına açıqlamasında bunları deyib:

"Alisson dünyanın ən güclü qapıçılarından biridir. Rəhbərlikdən onun komandaya transferini istədim və onlar lazım olanı etdilər. O, sakit bir insandır.

Hər kəsin nə düşündüyünü bilirik. Lakin həqiqətən, Alissona görə ödənilən məbləğin bizim üçün əhəmiyyəti yoxdur. Artıq heyətimizə daha güclü bir futbolçu qatmışıq. Bundan sonra yeni oyunçu haqda düşünmürəm. Artıq gələcək mövsüm üçün hər şeyimizin olduğuna əminəm".

Qeyd edək ki, "Liverpul" Alisson Bekkeri bonuslarla birlikdə 72,5 milyon avro qarşılığnda "Roma"dan transfer edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.