İdman

"Keşlə" Malta biabırçılığını unutdurmaq niyyətində

19 İyul 2018 10:47
0 Şərh     Baxış: 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

Milli.Az futbol11.az-a istinadən xəbər verir ki, cavab oyunları çərçivəsində baş tutacaq qarşılaşmalarda ölkəmizin "Keşlə" klubu da meydana çıxacaq.

Paytaxt təmsilçisi öz meydanında Maltanın "Baltsan" klubunu qonaq edəcək. "Keşlə" səfərdə baş tutan ilk qarşılaşmada böyük hesabla uduzmaqla, işini çətinə salıb.  Bakılılar məğlub olmaqla yanaşı, baş məşqçi Yuri Maksimovun istefası ilə daha bir zərbə alıblar. 

Paytaxt təmsilçisi Zaur İsmayılovun rəhbəliyi altında qələbə qazanmağa, Maltadakı biabırçılğı unutdurmağa çalışacaq.

Avropa Liqası - I təsnifat mərhələsi

Cavab oyunları

19 iyul
21:00. "Keşlə" (Azərbaycan) - "Baltsan" (Malta)
Başhakim
: Mixail Vilkov
Baş hakimin köməkçiləri: Aleksey Vorontsov, Vladimir Mineviç
Dördüncü hakim: Aleksey Suxoy (hamısı Rusiya)
Hakim-inspektor: Stefen Lodj (İngiltərə)
UEFA nümayəndəsi: Krouford Uilson (Şimali İrlandiya)
Bakı. "Dalğa Arena"
İlk oyun - 1:4

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.