İdman

“Onu da itirə bilərik” – Rəşad Sadıqov

19 İyul 2018 08:02
0 Şərh     Baxış: 1 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Futbolçuları və azarkeşlərimizi təbrik edirəm. Çox vacib oyun idi".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov deyib.

Çempionlar Liqasının I təsnifat mərhələsinin "Olimpiya" ilə cavab oyunundan (0:0) sonra jurnalistlərin suallarını cavablandıran 36 yaşlı müdafiəçi qarşılaşma barədə fikirlərini açıqlayıb: "Hər iki qarşılaşmada əsas məqsəd mərhələ keçmək idi. Püşkdən sonra rəqiblə bağlı narahatçılığımız var idi. Çünki "Olimpiya" çox yaxşı komandadı. Bu gün də gözəl futbol nümayiş etdirdilər. Komandamız sonadək nəticə üçün mübarizə apardı. Futbolçular əllərindən gələni etdilər ki, qol buraxmayaq, nəticəni qoruyub saxlayaq. Bəzi şeylər alınmadı. Matçdan öncə Qurban Qurbanov fərqli tapşırıqlar vermişdi. Topa daha çox nəzarət etməli, kombinasiyalı oyun göstərməliydik. Lakin rəqib də buna imkan vermədi. Bugünkü durumda mərhələ keçmək çox önəmlidi. Çatışmazlıqlar çoxdu, problemlərimiz var. Nəticə həmişə yaxşı oyunla qazanılmır. Bəzən oyun alınmayanda da nəticə qazanmaq lazımdır.

- Əvvəlki "Qarabağ" görməyimiz üçün zamana ehtiyac var, yoxsa fərqli komanda görəcəyik?

- O komanda illərlə qurulmuşdu. İndi yenidən elə komanda yaratmaq çətin olacaq ki, "Çelsi"yə qarşı 10 nəfərlə də mübarizə aparsın. Ola bilər ki, bir müddət belə komanda görməyək. İndi əsas məsələ yavaş-yavaş oyunumuzu düzəltməkdi. Bununla paralel nəticələr də qazanmalıyıq.

- Müdafiəçilərin çıxışından razı qaldınızmı? Matçın gedişində iradlarınızı bildirirdiz...

- Rəqib bu dəfə fərqli oynayırdı. Bu üzdən Donald Geryeyə diqqətli olmasını dedim.

- Amma Gerye bu gün yaxşı təsir bağışladı...

- Bu gün çox yaxşı oynadı. Belə getsə, onu da itirə bilərik. Bəlkə harasa transfer olunar.

- Növbəti rəqib "Kukesi"di...

- Komandamız heç vaxt arxayınlaşmır. Bu gün boşluq versəydik, buraxılan qol bizə baha başa gələrdi. İndidən 3-cü, 4-cü mərhələlər barədə düşünmürük. Hazırda fikrimiz 2-ci raundu adlamqdı. "Kukesi" ilə səfərdəki matça hazırlaşacağıq.

- Komandaya hücumçu gələcəkmi?

- Hücumçu axtarılır. Mütləq gəlməlidi. Başqa variant yoxdu. Amma nə vaxt gələcək, necə olacağını bilmirəm. İndiyədək 10-a yaxın hücumçu ilə danışıqlar olub, razılaşdırılıb, bəyəbilib, amma sonda alınmayıb. İndi kiminlə danışıq getdiyini bilmirəm. Amma keçidi alınmayanlar arasında tanınmışıar, yaxşı hücumçular da olub. Çempionata görə gəlmirlər.

- Matçın sonlarında yaşanan xoşagəlməz hadisəyə müdaxilə etdiz...

- Rəqib topu Filip Ozobiçə atdı. O da rəqibin üzərinə getdi. Mən onu sakitləşdirdim ki, onsuz da oyunçumuz azdı. Kimisə də itirməyək.

- Mahir Mədətovdan çox şey gözlənilsə də, imkanlardan yararlanmadı...

- Çox stressli oyun idi. Ayrı-ayrı oyunçular barədə danışmaq istəmirəm. Mənim üçün vacib olan nəticə idi. Bilirdim ki, mərhələ keçməmək necə ağır zərbə olar. Mübarizə apardıqlarına görə futbolçulardan razıyam. Topla oynayan komanda istədiyi alınmayanda bəzən "sınır". Oyun getməsə də, mübarizəni sonadək apardılar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.