İdman

"Trabzonspor"un baş məşqçisi azərbaycanlı futbolçu ilə bağlı yeni qərar qəbul edib

18 İyul 2018 13:53
0 Şərh     Baxış: 1 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Trabzonspor" klubunun baş məşqçisi Ünal Karaman Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev üçün yeni qərar qəbul edib.

Milli.Az report.az-a istinadən istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis rəhbərlikdən 22 yaşlı hücumçunun yenidən icarəyə verilməsini istəyib. Hazırlıq səviyyəsi məşqçilər korpusunu qane etməyən Ramilin Slovakiyadakı təlim-məşq toplanışına qatılmayacağı gözlənilir. 

Qeyd edək ki, Ramil Şeydayev Sloveniyada təlim-məşq toplanışında "Trabzonspor"un Xorvatiyanın "Lokomotiva" (Zaqreb) komandasını 1:0 hesabı ilə məğlub etdiyi oyunda yeganə qolun müəllifi olub. O, ötən mövsümü icarə əsasında "Qarabağ"da çıxış edib. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.