İdman

Klublarımız üçün tarixi gün sınağı

18 İyul 2018 12:58
0 Şərh     Baxış: 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycanın üç komandası Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununu keçirəcək. 

Milli.Az apasport.az-a istinadən bildirir ki, təmsilçilərimiz avrokuboklar tarixində 8 dəfə iyulun 19-da meydana çıxıb.

"Qəbələ", "Neftçi" və "Keşlə"nin növbəti sınağına çıxacağı gün futbol tariximizə əlamətdar hadisə ilə yadda qalıb. 18 il öncə "Şəmkir" Çempionlar Liqasında mərhələ adlayan ilk komanda olub. Qərblilər həmin gün "Skonto"nu əlavə vaxtda 4:1 hesabı ilə yenib.

Klublarımız iyulun 19-da daha iki qələbə qazanıb. 2008-ci ildə "Neftçi" "Vaslui"ni 2:1, ötən il "Qarabağ" "Samtredia"nı 1:0 hesabı ilə yenib.

Bu tarixdə yalnız bir məğlubiyyətimiz var. 11 il öncə "Neftçi" Avstriyada "Rid"lə bacarmayıb - 1:3.

Ümumilikdə isə iyulun 19-dakı 8 matçdan dördü heç-heçə nəticələnib. 2007-ci ildə "MKT-Araz" "Qrotslin"lə, 2011-ci ildə "Neftçi" Zaqreb "Dinamo"su ilə qolsuz heç-heçə edib. 6 il öncə isə iki təmsilçimiz eyni gündə sülhə imza atıb. "İnter" "Asteras"la, "Xəzər Lənkəran" "Lex"lə görüşüb. Hər iki matç 1:1 hesabı ilə başa çatıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.