İdman

“Zirə”yə qayıtmaqdan imtina etdi, türklərə təklif olundu

18 İyul 2018 12:45
0 Şərh     Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən mövsümün sonunda istirahətə yollanan və daha sonra "Zirə"yə qayıtmayan müdafiəçi Jozef Bum karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Kamerun mətbuatı yayıb.

Bildirilir ki, vaxtilə "Mersin İdman Yurdu" və "Antalyaspor"un formasını geyinmiş 29 yaşlı mərkəz müdafiəçisi meneceri tərəfindən Türkiyə klublarına təklif olunub. Onun, xüsusən də, "Mersin İdman Yurdu"da parlaq çıxış etməsi qardaş ölkəyə dönmək ehtimalını artırır.

Lakin Bum hazırda müqavilə ilə "Zirə"yə məxsus olduğundan, onun hansısa komandaya azad agent kimi keçidi mümkün görünmür. "Zirə"nin düşərgəsinə dönməkdən imtina edən kamerunlu oyunçu başqa komandaya transfer olunmaq üçün Azərbaycan klubuna kompensasiya ödəməli olacaq.

Qeyd edək ki, Jozef Bumun "Zirə" ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.