İdman

Poqbanın qərarı qətidi: “Yuventus”, yoxsa “Barselona”?

18 İyul 2018 11:42
0 Şərh     Baxış: 2 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba klubunu dəyişməkdə qərarlıdı.

Milli.Az apasport.az-a istinadən məlumatına görə, ulduz futbolçu "Yuventus"a qayıtmaq niyyətindədi.

Joze Mourinyonun rəhbərliyi altında oynamaq istəməyən Fransa millisinin üzvü "qoca sinyora" rəhbərliyinə bununla bağlı müraciət edib. O, "Yuve"nin yeni transferi Kriştianu Ronaldo ilə birlikdə oynamağın əleyhinə deyil. Çempionlar Liqasını qazanmağı hədəfləyən turinlilər də 25 yaşlı oyunçunun dönüşünü arzulayırlar.

Ancaq Poqbanın keçidində maraqlı olan digər klub "Barselona" artıq "Mançester Yunayted"lə danışıqlara başlayıb. İspaniya nəhəngi bu transfer üçün 150 milyon avro ayırıb.

Qeyd edək ki, Pol Poqba "Mançester Yunayted"ə 2016-cı ildə 105 milyon avroluq rekord məbləğ qarşılığında məhz "Yuventus"dan keçmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.