İdman

“İlk oyundakı məğlubiyyətin sığortası olacaq” – “Olimpiya”nın prezidenti

18 İyul 2018 12:39
0 Şərh     Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlk oyunda məğlub olmağımıza baxmayaraq, cavab görüşünə nikbin yanaşırıq.

Milli.Az apasport.az-a istinadən məlumatına görə, bunu "Olimpiya"nın prezidenti Milan Mandariç deyib.

Klub rəhbəri yerli mətbuata açıqlamasında Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la bu gün keçiriləcək cavab matçını dəyərləndirib. O, Sloveniyadakı yenilgiyə (0:1) baxmayaraq, növbəti mərhələ ümidini itirmədiklərini vurğulayıb: "Lyublyanada pis çıxış etməmişdik. Hətta qələbə qazana da bilərdik. Bakıda böyük istək və çalışqanlıq bunun sığortası olacaq. Geridönüş edəcəyimizə inanıram. Ancaq bizdə alınmasa və mərhələni keçə bilməsək, bunu dünyanın sonu saymayacağıq. Belədə Avropa Liqasında mübarizə aparmaq və irəliləmək imkanımız olacaq".

Mandariç ilk matçda qırmızı vərəq alan Abbas İssah və heyətə salınmayan Anders Vomberqarın yoxluğuna da münasibət bildirib. Onun fikrincə, adıçəkilən oyunçuları daha yaxşıları əvəz edəcək: "Onların əvəzinə başqa iki oyunçumuz çıxış edəcək. Yenilərdən biri sağlam, möhkəm oyun göstərəcək. Müdafiə və hücum xəttimiz güclənəcək. Oyunda daha artığını görəcəksiniz".

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Olimpiya" oyunu 21:00-da start götürəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.