İdman

ÇL: Bu gün daha 6 cavab görüşü keçiriləcək

18 İyul 2018 10:55
0 Şərh     Baxış: 1 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün futbol üzrə Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək.

Milli.Az report.az-a istinadən bildirir ki, ikinci oyun günündə 6 qarşılaşma oynanılacaq. "Qarabağ" Sloveniya "Olimpiya"sını qəbul edəcəksə, Qazaxıstan "Astana"sı Monteneqroda "Sutyeska"nın qonağı olacaq. Həm Qurban Qurbanovun, həm də Roman Qriqorçukun baş məşqçi olduğu kollektivlər ilk matçdan minimal hesablı qələbə ilə ayrılıb. Qriqorçuk səfərə Azərbaycan millisinin futbolçusu Riçard Almeydanı da aparıb. Almeyda ilk görüşdə iştirak etməyib.

İlk cütün qalibi növbəti mərhələdə Albaniyanın "Kukesi", ikinci cütün sevinən tərəfi isə Danimarkanın "Mityulland" komandası ilə qarşılaşacaq.

Məğlub komandalar isə Avropa Liqasının II təsnifat mərhələsində müvafiq olaraq, "Kruzaders" (Şimali İrlandiya) və "Seltik" (Şotlandiya) - "Alaşkert" (Ermənistan) cütündə uduzan tərəflə qarşılaşacaq. İlk görüşdə "Seltik" səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən, Avroliqadakı rəqibin "Alaşkert" olacağı güman olunur.

Çempionlar Liqası, I təsnifat mərhələsi

Cavab görüşləri

18 iyul

21:00. "Zrinski" (Bosniya və Herseqovina) - "Spartak" (Trnava, Slovakiya)

İlk oyun - 0:1

21:00. "Qarabağ" (AZƏRBAYCAN) - "Olimpiya" (Lyublyana, Sloveniya)

İlk oyun - 1:0

21:00. "Şerif" (Moldova) - "Torpedo" (Kutaisi, Gürcüstan)

İlk oyun - 1:2

21:45. "Rusenborq" (Norveç) - "Valür" (İslandiya)

İlk oyun - 0:1

22:00. "Sutyeska" (Monteneqro) - "Astana" (Qazaxıstan)

İlk oyun - 0:1

"22:45. "Seltik" (Şotlandiya) - "Alaşkert" (Ermənistan)

İlk oyun - 3:0

Qeyd edək ki, ilk oyun günündə 10 görüş keçirilib. "Kukesi", HİK, "Hapoel", "Malmö", "Suduva", "Şkendiya", "Videoton", "Srvena Zvezda", "Legiya" və "Ludoqorets" Çempionlar Liqasında mərhələ adlayıb. Onlara uduzan komandalar isə yollarına Avropa Liqasında davam edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.