İdman

“Ronaldu İtaliyada təkbaşına qələbə qazana bilməyəcək”

17 İyul 2018 19:06
0 Şərh     Baxış: 1 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Napoli"nin hücumçusu Lorentso İnsinye Kriştianu Ronaldunun "Real"ı "Yuventus"a dəyişməsinə münasibət bildirib.

Milli.Az  apasport.az -a istinadən məlumatına görə, o, portuqaliyalı ulduzun İtaliyada fərdi oyunu hesabına uğur qazanmasının çətin olduğunu vurğulayıb.

"Ronaldu? Onu İtaliya A Seriyasında görməkdən məmnunam. Ancaq onun liqaya adaptasiya prosesini izləmək mənim üçün maraqlıdı. Burdakı oyunlarda təkbaşına qələbə qazana bilməyəcək. İtaliyada çox güclü müdafiə futbolu oynanılır. "Yuventus"la oyunlarda özünü fenomenal səviyyədə göstərməsi bu həqiqəti dəyişdirmir" - deyə, İnsinye bildirib.

İtaliyalı futbolçunun sözlərinə görə, Messi onun futbol zövqünə daha çox xitab edir: "Messi, onun oyun tərzi mənim daha çox xoşuma gəlir. Ancaq Kriştianunun istedadı da müzakirəyə qapalıdır. Bir futbolçunun beş "Qızıl top" qazanması hər şeydən xəbər verir".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.